BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisin ölümünə səbəb olan qəzada avtomobil süpürgəçini də vurub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət aparan polis əməkdaşı Məhərrəmov Natiq Museyib oğlunu və yol süpürən qadını vurub.

N. Məhərrəmov aldığı xəsarətdən hadisə yerin ölüb. Süpürgəçi isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 3 Fevral 2020, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin