BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan qurucu və yaradıcı ölkədir” - RƏY

"Azərbaycanın qurucu ölkə olduğunun bir daha şahidi oluruq. Prezident İlham Əliyevin Şuşada avqustun 30-dakı çıxışı bunu bir daha təsdiq edir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Şuşadakı çıxışı barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Prezident çıxışı zamanı bir sıra vacib məqamlara toxunub: "Ümumiyyətlə, Prezidentin çıxışı ilə biz müharibədən əvvəlki və sonrakı Azərbaycan torpaqlarının ümumi mənzərəsini görə bilirik. Ermənilərin vandalizminə qurban getmiş Azərbaycan torpaqlarına indi yeni nəfəs qayıdıb. Düşmən Şuşada özünə lazım bildiyi 1-2 binadan başqa hər birini dağıdıb, bütün rayonlarda daşı-daş üstə qoymamışdılar. İndi isə həmin ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir. Azərbaycan qurucu və yaradıcı ölkədir. Dövlətimiz mədəniyyətin inkişafı, vətəndaşların rahatlığı üçün hər şey edir. Prezident Şuşanın Baş planının təsdiqləndiyini də elan etdi. Bundan sonra Şuşa "mədəniyyət tarixi" adını daha da ucaldacaq. Şuşa müasir, çoxsaylı turistlərin gəldiyi, müxtəlif tədbirlərin keçirildiyi şəhər olacaq".

 

Nəzrin Cavid

Tarix: 31 Avqust 2021, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin