BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çəkilmə arağın içinə istiot töküb vurdum, korona qorxub qaçdı"

"Nə qədər adam tanıyıram, koronaya yoluxub, ya heç xəbəri olmayıb, sonradan bilib, ya da xəbəri olub, vecinə almayıb. Nə qədər adam var, yoluxur. Soruşuram ki, necə sağaldın? Deyir, çəkilmə arağın içinə istiot töküb vurdum, korona qorxub qaçdı".


Pravda.az-ın xəbərinə görə bunu yazıçı Kəramət Böyükçöl deyib.


"İnanın, çoxu korona olur, baş-beyin ağrıyır, tempratur kəllə çarxa qalxır, heç test də vermir. Öz-özünə sağalır. Məsələn, 4 ay bundan qabaq mən də yoluxmuşdum. Deyim ki, çox ağır bir şeydir? Yox. Sadəcə başqalarına yoluxdurmamaq üçün ürəyim partlaya-partlaya oturdum evdə, mesaj gələn kimi ki, vaxtın bitdi, fitildədim pivələməyə. Növbəti aylarda da bir neçə dəfə korona ağrılarını daha yüngül formada canımda hiss eləmişəm, hətta qızdırmam da olub, sadəcə evdə termometr tapmamışam deyə ölçməmişəm. Düzü, heç özümü qorumuram da. Marketə maskasız qoymurlar deyə maska taxıram. Bəs necə olur ki, bu qədər adam üçün təhlükəsiz olan xəstəlik başqalarının həyatına son qoyur?" - K.Böyükçöl əlavə edib. 

Tarix: 31 Avqust 2021, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin