BURADA REKLAMINIZ OLA
BİLƏR

İctimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlə bağlı qərar verildi

Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyasına görə ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

 

Bildirilib ki, ölkədəki epidemioloji vəziyyətə görə ictimai nəqliyyatın bərpa edilməsi məqsədəuyğun hesab edilməyib və tətbiq edilən məhdudiyyətin vaxtı sentyabrın 13-dək uzadılıb.

 

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğasının pik həddə çatması ilə əlaqədar avqustun 14-dən sentyabrın 4-dək şəhərlərarası daşımalar istisna edilməklə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Tarix: 31 Avqust 2021, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin