BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Prezident İlham Əliyevin mesajlarından ciddi dərs çıxarmalıdır” - RƏY

"Prezident İlham Əliyevin Şuşaya növbəti səfərindəki çıxışı ermənilər və onların havadarları üçün ciddi mesajdır. Səfər çərçivəsində baş tutan çıxış, oradakı bir sıra yeniliklər bizi ruhlandırır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Şuşadakı çıxışı barədə danışarkən deyib.

 

 

Parlament üzvü bildirib ki, Prezident İlham Əliyevin Şuşa səfərindəki çıxışında diqqət çəkən məqamlardan biri də beynəlxalq təşkilatların məsələnin həllinə yanaşması ilə bağlı idi: “Cənab Prezident xüsusi qeyd etdi ki, biz uzun illər ədalətsizliyin şahidi olduq. Digər məsələ isə Şuşanın əzəli və əbədi olaraq Azərbaycan torpağı olması ilə bağlıdır. Ermənilər isə deyirdilər ki, guya Şuşa onların olub. Əgər elə idisə, niyə Şuşanı viran qoyub, orda heç bir bərpa-quruculuq işləri aparmayıblar? İndi isə Şuşada yenidənqurma işləri sürətli şəkildə davam etdirilir. Bu, bir daha sübut edir ki, Şuşa Azərbaycanındır. Prezidentin çıxışı revanşistlərə bir daha mesaj verir ki, Azərbaycan Qarabağa böyük qayıdış proqramını sürətlə həyata keçirir. Prezident çıxışında Ulu öndər Heydər Əliyevin vaxtilə Şuşaya səfərini xatırlatdı. Vaqifin Azərbaycanın siyasi və ictimai həyatındakı rolunu vurğuladı, büstünün açılışını etdi. Prezidentin toxunduğu vacib məqamlar ermənilər və onların havadarları üçün mesaj idi. Hesab edirəm ki, Ermənistan bu mesajlardan ciddi dərs çıxarmalıdır. Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki, Ermənistan Şuşaya və yaxud da digər Azərbaycan torpaqlarına hücumla bağlı fikri ağlından keçirə bilməz".

 

Nəzrin Cavid

Tarix: 31 Avqust 2021, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin