BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni müdafiə naziri təyin olundu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə yeni müdafiə naziri təyin edib.

 

Pravda.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, ölkə Prezidenti yenicə istefa vermiş müdafiə naziri Nurlan Yermekbayevin vəzifəsinə Murat Bektanovu təyin edib.

 

Bildirilir ki, Murat Bektanov ölkə başçısının digər sərəncamı ilə Qazaxıstanın müdafiə nazirinin birinci müavini və Respublikanın Silahlı Qüvvələrinin Baş Qərargahının sədri vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nurlan Yermekbayevin istefasını qəbul edib. N. Yermekbayev avqustun 26-sı Qazaxıstanın Jambıl vilayətində hərbi hissələrin birinin anbarında baş vermiş yanğın və partlayışla əlaqədar olaraq istefa verib.

Tarix: 31 Avqust 2021, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin