BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahbaz Quliyev evləndi

2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Modern.az-a özü təsdiqləyən Ş. Quliyev bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. O, ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.

Tarix: 31 Avqust 2021, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin