BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” Əfqanıstanda yeni hökumət qurdu

"Taliban" üzvlərinin yeni əfqan hökumətinin qurulması üçün apardıqları müzakirələr yekunlaşıb.

Pravda.az xəbər verir ki, bu barədə “Sputnik”ə “Taliban” yaraqlıları arasındakı qaynaqdan bildirilib.

Qeyd edilib ki, hərəkat təmsilçiləri əsas vəzifələrə təyinat alıblar.

Məlumata görə, “Taliban”ın siyasi ofisinin rəhbəri Molla Abdulqəni Biradər Əfqanıstanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

Hərəkatın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub müdafiə naziri vəzifəsinə gətirilib.

Radikalların liderlərindən biri olan Cəlaluddin Haqqaninin oğlu Siracəddin Haqqani isə daxili işlər naziri olub.

Nazirlər Kabinetinin digər üzvləri isə yaxında açıqlanacaq.

Tarix: 31 Avqust 2021, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin