BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtoxuliqanlıq edən şəxslər həbs edildi - FOTO

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis  Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfində ninzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

 

Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər.

Fotoları təqdim edirik
Tarix: 3 Fevral 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin