BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağciyər Xəstəlikləri İnstitutunda ölən xəstələrin sayı artdı - YENİLƏNDİ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

 

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.APA

 

 

***

14:58

 

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, yanvarın 30-da təcili tibbi yardım maşını ilə prekomatoz vəziyyətində Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə Ağciyər İnstitutuna gətirilib.

 

Həkimlər tərəfindən xəstəyə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.

 

Xəstə bu gün səhər saatlarında kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, bu, yanvarın 15-dən indiyədək institutdakı doqquzuncu ölüm hadisəsidir.Oxu.az

Tarix: 3 Fevral 2020, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin