BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-a daxil olmaq qadağan edildi

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusla bağlı xəbərdarlıq edib.

 

Pravda.az-ın xəbərinə görə, səfirliyin “Facebook” səhifəsində ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı rəsmi müraciəti yayılıb.

 

“Rəsmi müraciətə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honkonq və Makao istisna olmaqla, Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir”.

 

Məlumatda daha sonra qeyd olunub: “Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda həmin ölkədə olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində bu ölkəyə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik”.

Tarix: 3 Fevral 2020, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin