BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərhad Hacıyev tənqid edildi: “İndiyə qədər heç nə edə bilməyən nazir olandan sonra millətə ürəyi yanacaq?!”

"Gənclər və idman naziri Azad Rəhimovun vəfatından sonra təəssüf ki, həmin post boş qalıb. Ola bilsin ki, məsələnin mənəvi tərəfi nəzərə alınıb. Sabiq nazirin vəfatından bir müddət vaxt keçməsini gözləyirlər. Dövlətçilikdə belə məsələlər nəzərə alınmalıdır. Hər halda, bu iqtidarın biləcəyi işdir, lakin əhalisinin yarıdan çoxunun gənc olduğu bir dövlətdə gənclər və idman naziri postunun uzun müddət boş qalması məqsədəuyğun deyil".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Tural Abbaslı

 

Partiya sədri hesab edir ki, hamiyyət bir sıra nazirliklərin, eləcə də Gənclər və İdman Nazirliyini müxalifətə verməli idi: "Görünən odur ki, hökumətin bugünə qədər yürütdüyü gənclər siyasəti uğursuz olub. İstər olimpiya oyunlarındakı nəticələr, istər gənclərin məşğulluğu və əhali arasında yayılan zərərli vərdişlərin artması bunu sübut edir. Belə olan halda, deməyə haqqımız çatır ki, həmin nazirlik öhdəsinə düşənləri yerinəyə yetirə bilməyib. Keçmiş nazirin vaxtında yüksək post tutmuş şəxslərin nazir postuna təyin edilməsini məqsədəuyğun hesab etmirəm. Əgər bildikləri bir şey olsaydı, elə əvvəldən nazirə təkliflərini verər və ideyalarını reallaşdırardılar. Yəni nazir postuna, ümumiyyətlə, iqtidarla əlaqəsi olmayan yeni kadr gətirilməlidir. İstənilən halda, bu, ölkə başçısının verməli olduğu qərardır. Amma nazir müavini Fərhad Hacıyevin gənclər və idman naziri olmasının tərəfdarı deyiləm. İndiyə qədər heç nə edə bilməyən nazir olandan sonra Vətənə, millətə ürəyi yanacaq?! Ümumiyyətlə, gənclər siyasətinə yenidən baxılmalıdır".

 

Qeyd: Mətbuatda Fərhad Hacıyevin gənclər və idman naziri vəzifəsinə iddialı olması ilə bağlı məlumatlar yayılıb.

Tarix: 1 Sentyabr 2021, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin