BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN özünü televiziya əməkdaşı kimi təqdim edən şəxslə bağlı məlumat yaydı

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Tarix: 1 Sentyabr 2021, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin