BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lotu Quli”yə sui-qəsd olub - FOTO

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

 

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

 

Saxlanılan şübhəlilərin "Andrey Malyi" ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıxladzenin rəhbərliyi altında olduğu söylənilir.Report

Fotoları təqdim edirik
Tarix: 3 Fevral 2020, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin