BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanıstanda gərginlik

Əfqanıstanda ötən ayın ortalarında hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı onların nəzarəti altında olmayan Pəncşir əyalətinə cənubdan daxil olmağa cəhd göstərir.

 

Pravda.az xəbər verir ki, bu barədə TASS-a milli müqavimət hərəkatındakı mənbə bildirib.

 

“Taliblər” Pəncşirə qərb sərhədlərindən daxil olmağa müvəffəq olmadıqda regiona cənub hissədən, Gülbahar rayonundan daxil olmağa cəhd göstərirlər”, - mənbə agentliyə deyib. Onun sözlərinə görə, “taliblər” ağır silahlardan və hərbi texnikadan istifadə ediblər.

 

Qətərin “Al Jazeera” telekanalı ötən həftənin əvvəlində uğursuz danışıqlardan sonra “taliblər”in Pəncşiri ələ keçirmək üçün hərbi əməliyyata başladığını xəbər verib.

 

Report.az

Tarix: 2 Sentyabr 2021, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin