BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəbi Qafarov yayılan videodan danışmaq istəmədi: “Vaxtım yoxdur”

"Yeniləşən Dövlətə Dəstək" ictimai birliyinin sədri Nəbi Qafarovun sosial şəbəkədə videosu paylaşılıb.

 

İctimai fəal Fərid Abdinov hadisə ilə bağlı feysbuk hesabında paylaşım edərək iddia edib ki, hadisəyə səbəb qadın qohumunu işə götürən N.Qafarovun işçisinin qarşısına qoyduğu şərtdir. F.Abdinovun sözlərinə görə, N.Qafarov qadına intim münasibətdə olmadığı təqdirdə onu işdən qovacağını bildirib. 

 

Bu hadisəyə görə N.Qafarovun kürəkəni tərəfindən döyüldüyü qeyd olunub.

 

Hadisə ilə bağlı Pravda.az-ın əməkdaşı Nəbi Qafarovla əlaqə saxlayıb.

 

Məşğul olduğunu bildirən N.Qafarov deyib: "Danışmağa vaxtım yoxdur".

Tarix: 3 Sentyabr 2021, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin