BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü

Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb.

 

Pravda.az xəbər verir ki, o, buna milli komandalar tarixində ən çox qol vurmaqla nail olub.

 

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə matçda dubl edən Ronaldo yığmalar tarixində qol sayını 111-ə çatdırıb.

 

Bununla da Kriştianu İran millisinin üzvü Əli Daeinin 109 qollun rekordunu geridə qoyub.

 

“Ginnesin Rekordlar Kitabı”na düşən portuqaliyalı ulduza bu gün sertifikat təqdim edilib.

Tarix: 3 Sentyabr 2021, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin