BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşən yeniyetmənin meyiti tapıldı

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Pravda.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Tarix: 3 Fevral 2020, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin