BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü “Azərsu” əməkdaşı kimi təqdim edib pul istədi

Sabunçu rayonu ərazisində özünü “Azərsu” əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Pravda.az xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və özünü Əli kimi təqdim edən şəxs debitor borca görə suyun kəsilməməsi müqabilində abonentlərdən pul tələb edib.

“Azərsu”nun Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyev ərazidə olarkən bir neçə abonent bildirib ki, sizdən əvvəl başqa bir əməkdaşınıza nəğd qaydada pul ödəyiblər. Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

“Azərsu” abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Tarix: 3 Sentyabr 2021, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin