BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda qadın doğuşdan sonra öldü

Lənkəranda ana ölümü baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25 radələrində hamiləliyinin 38-39-cu həftəsində xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Əməliyyatdan sonra xəstədə qanaxma başlayıb. Həkimlərin səylərinə baxmayaraq G.Babayeva dünyasını dəyişib.

 

Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 3 Fevral 2020, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin