Bizim zamanlarda yay gələn kimi həyətlərə dondurma satanlar doluşurdu. Əldəqayırma qutulara təkər yapışdırırdılar, içinə doldururdular iki növ dondurma və düşürdülər həyətlərin canına. Ma-rrrojjnaaa!! - səsləri aləmi götürürdü, saat 11-dən, uşaq planlaşdırmaqlarını səhərə saxlayan cütlüklər diksinib əhalinin artımına kölgə salırdılar.
O vaxt tətildə həyətdə olurduq, futbol, gizlənpaç, qaçdı-tutdu, alçık, yeddi şüşə, əşşi, günlər var idi e...
Nə isə, dondurma satanlar peyda olan kimi, aləmi uşaq fəryadı götürürdü - Mamaa, noolar, 20 qəpik at da, nu pojalusta, yavaş-yavaş yeyəcəm!
Heç Romeo balkonun altında Cülyettaya belə yalvarmırdı, necə biz ana hissləri ilə spekulyasiya edib pul istəyirdik. Atalar o saatlarda artıq işdə olurdular.
Cavablar müxtəlif idi, kimi deyirdi, boğazın ağrayır, sənə olmaz, kimi deyirdi, köpək oğlu, dünən vazanı sındırmısan, nakazanidəsən, kimi deyirdi, atanın başına daş, maaşını arağa verib, polnı söz azadlığı hökm sürürdü o zamanlar.
Mən də qoşulurdum ümumxalq istəyinə ki, Maaamaa, axşam 20 vərəq oxuyacam, 20 qəpik ver dəəəə!
Mamam da atırdı 20 qəpik, alırdım dondurmanı, s kayfom yeyirdim onu.
Açığı, marojnanın hökumət qiyməti 15 qəpik idi, amma gənc satıcıların əziyyəti gəlirdi qiymətin üstünə və heç kim buna etiraz etmirdi.
Daha doğrusu, etiraz edənləri srazu demaqoq adlandırırdılar və növbəti ticarət sessiyasında beləllərinə ən əzik, yarı-ərimiş, xarici görünüşü ilə bir neçə dəfə yeyilmiş dondurmaya bənzəyən marojnanı sırıyırdılar.
Nədir ki, naloqovı yox, ƏDV yox, QR kod istəyən yox, bu qutunun direktoru mənəm, get kimə istəyirsən şikayət et.
Xülasə, bir gün yenə də marojna satan gəldi məhəlləyə, yenə də ənənəvi olaraq düzüldük balkonların altına və başladıq dilənməyə.
Mamamın ürəyi nazik, atdı 3-cü mərtəbədən 20 qəpik, cumdum götürməyə və…tapmadım.
Eşələdim otluğu, ora baxdım, bura baxdım, yoxdur pul! Yaşım olardı 5-6, başladım ağlamağa.
Elə ağlayıram, elə ağlayıram, elə bil maskasız tutublar ki, ver cəriməni, üüü, əəə, “Azərsu” həsəd aparardı göz yaşlarımın naporuna.
Mama gördü uşaq əldən gedir, yenə bir dənə abbası atdı yuxarıdan ki, ağlama oğlum, sənə qurban olsun 20 qəpik.
İ şto vı dumayete? Bunu da tapa bilmədim! İnanın, o məqam "göz dəydi", "nəfis qaldı" anlayışlarından xəbərim olsaydı, üzərlikdən bir topa düzəldib od püskürərdim, başıma duz fırladıb.
Mamam gördü vəziyyət kritikdir, özü düşdü aşağı, mənə 20 qəpik verdi, mən dondurma aldım, yedim, özümə gəldim, amma ən marağlısı sonra oldu. Səhəri gün mən həyətə çıxanda, həmyaşıd məhəllə dostum əlində iki dənə 20 qəpiklik uzatdı ki, bax, tapmışam sənin pulunu!
Nə etdik? Bəsdirin də, guya korrupsiyadan xəbəriniz yoxdur.
Pulu büdcəyə qaytarmadıq və evdən aldığımız gündəlik marojna pulunun üstünü düzəldib həmin gün adama bir dənə deyil, iki dənə marojna yedik.
Sonra illər keçdi, zaman ötdü və bu gün dondurma yeyəndə onun dadını yox, dostluq sədaqətliyini, saflığı, dürüstlüyü xatırlayıram…
Azər Qərib
8 Sentyabr 08:06
8 Sentyabr 08:01
8 Sentyabr 07:50
8 Sentyabr 07:38
8 Sentyabr 06:31
8 Sentyabr 06:29
8 Sentyabr 06:25
8 Sentyabr 06:22
8 Sentyabr 06:19
8 Sentyabr 00:16
7 Sentyabr 23:16
7 Sentyabr 23:14
7 Sentyabr 22:40
7 Sentyabr 22:36
7 Sentyabr 22:12
7 Sentyabr 20:25
7 Sentyabr 19:34
7 Sentyabr 19:30
7 Sentyabr 18:45
7 Sentyabr 18:43
7 Sentyabr 18:34
7 Sentyabr 18:28
7 Sentyabr 18:01
7 Sentyabr 17:47
7 Sentyabr 17:39
7 Sentyabr 17:35
7 Sentyabr 17:24
7 Sentyabr 17:19
7 Sentyabr 16:55
7 Sentyabr 16:43
7 Sentyabr 16:23
7 Sentyabr 16:13
7 Sentyabr 16:03
7 Sentyabr 15:45
7 Sentyabr 15:19
7 Sentyabr 15:12
7 Sentyabr 15:07
7 Sentyabr 14:59
7 Sentyabr 14:58
7 Sentyabr 14:55
7 Sentyabr 14:54
7 Sentyabr 14:47
7 Sentyabr 14:42
7 Sentyabr 14:40
7 Sentyabr 14:33
7 Sentyabr 14:29
7 Sentyabr 14:25
7 Sentyabr 14:24
7 Sentyabr 14:17
7 Sentyabr 14:16
7 Sentyabr 14:10
7 Sentyabr 14:05
7 Sentyabr 14:00
7 Sentyabr 13:59
7 Sentyabr 13:58
7 Sentyabr 13:54
7 Sentyabr 13:49
7 Sentyabr 13:45
7 Sentyabr 13:40
7 Sentyabr 13:35
7 Sentyabr 13:25
7 Sentyabr 13:18
7 Sentyabr 13:13
7 Sentyabr 13:11
7 Sentyabr 13:09
7 Sentyabr 12:49
7 Sentyabr 12:42
7 Sentyabr 12:37
7 Sentyabr 12:35
7 Sentyabr 12:26
7 Sentyabr 12:17
7 Sentyabr 12:10
7 Sentyabr 12:00
7 Sentyabr 11:42
7 Sentyabr 11:25
7 Sentyabr 11:18
7 Sentyabr 11:12
7 Sentyabr 11:09
7 Sentyabr 11:03
7 Sentyabr 11:01
7 Sentyabr 10:52
7 Sentyabr 10:48
7 Sentyabr 10:45
7 Sentyabr 10:42
7 Sentyabr 10:38
7 Sentyabr 10:34
7 Sentyabr 10:33
7 Sentyabr 10:30
7 Sentyabr 10:27
7 Sentyabr 10:24
7 Sentyabr 10:18
7 Sentyabr 10:11
7 Sentyabr 09:59
7 Sentyabr 09:43
7 Sentyabr 09:26
7 Sentyabr 09:21
7 Sentyabr 09:14
7 Sentyabr 09:10
7 Sentyabr 09:02
7 Sentyabr 08:56
7 Sentyabr 08:55
7 Sentyabr 08:33
7 Sentyabr 08:27
7 Sentyabr 08:20
7 Sentyabr 08:17
7 Sentyabr 08:12
7 Sentyabr 08:08
7 Sentyabr 08:04
7 Sentyabr 07:04
7 Sentyabr 07:00
7 Sentyabr 06:57
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
Ən son xəbərləri səhifəmizdən də izləyin