BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.

 

Pravda.az-ın xəbərinə görə, A. Həşimova universitetin “Müalicə işi” ixtisasına qəbul olub.

 

Qeyd edək ki, şəhid generalın qızı bir müddət əvvəl verdiyi müsahibədə 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını bildirmişdi.

 

Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.

 

Qafqazinfo

Tarix: 4 Sentyabr 2021, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin