BURADA REKLAMINIZ OLA
BİLƏR

Korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən diplomat saxlanıldı

Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.

 

Pravda.az xəbər verir ki, diplomat avqustun 27-də “Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.

 

Şimali Makedoniyanın “Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

 

M.Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Sarqsyan hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.

 

Bildirilib ki, cinayət işi üzrə istintaq davam etdirilir.

 

Report

Tarix: 4 Sentyabr 2021, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin