BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin helikopteri Kaliforniya sahillərində qəzaya uğrayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean donanması bildirib.

 

Qeyd edilir ki, qəza zamanı helikopterin beş üzvü həlak olub.

 

"ABŞ-ın Hərbi Dəniz Qüvvələri qəzaya uğramış MH-60S helikopterinin ekipajının beş üzvünün həlak olduğunu açıqlayır", - Sakit okean donanmasının saytında dərc edilmiş bəyanatda deyilir.

 

Hərbi Dəniz Qüvvələrinin helikopteri çərşənbə günü Kaliforniya ştatının San-Dieqo sahillərində qəzaya uğrayıb. MH-60S helikopteri Abram Linkoln təyyarədaşıyan bortundan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

 

Helikopterin xəsarət alan bir heyət üzvü xilas edilib.

 

Report

Tarix: 4 Sentyabr 2021, 21:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin