BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da universitet ərazisində baş vermiş atışma zamanı 3 nəfər yaralandı

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) Tauson Universitetinin ərazisində silahlı insident baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

 

 “Universitetin düşərgəsində baş vermiş atışma zamanı üç nəfər yaralanıb. Polis araşdırma aparır”, - deyə şəhər polisinin “Twitter” səhifəsində qeyd olunub.

 

Bildirilir ki, yaralıların həyatları üçün heç bir təhlükə yoxdur. Məlumata görə, yaralılardan yalnız bir qız həmin təhsil müəssisəsinin tələbəsidir.

 

APA

Tarix: 5 Sentyabr 2021, 00:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin