BURADA REKLAMINIZ OLA
BİLƏR

Husilərin lideri ələ keçirildi

Yəməndə hökumət qüvvələri İrandan qayıdarkən Tehran dəstəkli husilərin yüksək rütbəli rəsmisi Həsən Əli əl-İmadı həbs edib.

 

Pravda.az xəbər verir ki, bu haqda Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

 

Yəmən sərhəd təhlükəsizliyi qüvvələri keçən həftə əl-Mahra əyalətindəki Şahn quru sərhəddində İran dəstəkli husilərin  liderlərindən olan Həsən Əli əl-İmadı saxlayıb.

 

İrandan qayıdarkən saxlanılan İmadın Yəmənə girmək istədiyi və həbs edilərək Əl-Mehradakı bir təcridxanada saxlandığı qeyd olunur.

 

Həsən Əli əl-İmad husilərin nəzarət etdiyi Sanada fəaliyyət göstərən "Mustakbel əl-Adale" təşkilatının baş katibidir.

 

Uzun müddətdir ki, qeyri-sabitliyin hökm sürdüyü Yəməndə hökumət qüvvələri ilə İran dəstəkli husilər arasında savaş davam edir.

 

Avropa.info

Tarix: 5 Sentyabr 2021, 01:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin