BURADA REKLAMINIZ OLA
BİLƏR

"Taliban"çılar Pəncşirin Annaba rayonunu ələ keçirdilər

“Taliban” hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.

Pravda.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” agentliyi məlumat yayıb.

Məlumata görə, döyüşlərin əyalət qubernatorunun sarayı ərazisində gedir.

Bundan bir qədər əvvəl radikalların nümayəndəsi Bilal Kərimi “Twitter”də verdiyi açıqlamada “Taliban”ın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirmişdi.

Tarix: 5 Sentyabr 2021, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin