BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

Britaniyanın "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges “Netflix”in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq.

Pravda.az xəbər verir ki, “Mən Corcinayam” adlanacaq filmin ekranlara çıxacağı tarix açıqlanmır.

Rodriges Ronaldu ilə qarşılaşanda “Gucci” mağazasında satıcı işləyib. Gənclər arasında münasibət də həmin vaxt yaranıb. Onlar 2016-cı ildən görüşürlər.

Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır. Cütlük ümumilikdə 4 uşağı böyüdür.

Filmin müəllifləri portuqal idmançı ilə görüşdükdən sonra Rodrigesin həyatının necə dəyişməsindən danışacaqlar.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldunun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Hücumçu daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.



Report.az

Tarix: 5 Sentyabr 2021, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin