BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq? - ELAN

Sosial şəbəkələrdə Ağcabədidə ABB - Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

 

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub. “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

 

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur: “Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.

Tarix: 5 Sentyabr 2021, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin