BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli aeroportunda DSX-nin bölməsi fəaliyyət göstərəcək

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə müxtəlif təyinatlı hərbi və digər strateji infrastrukturun yaradılması işlərinin həyata keçirilməsinə başlanılıb”.

 

Pravda.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin mətbuat katibi, polkovnik-leytenan Rəşad Məşədiyev deyib.

 

O qeyd edib ki, hazırda bu işlər davam etdirilir:

 

“Bu gün biz bu işlər çərçivəsində inşa olunan Füzuli Beynəlxalq Hava Limanındayıq. Burada digər xidmətlər yanaşı, Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək.

 

Hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan Sərhəd Nəzarəti bölməsinin müvafiq texniki vasitələr və peşəkar heyətlə komplekləşdirilməsi üzrə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri işlər görülür.

 

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək dövlət sərhədlərimizin bütövlüyünü təmin edən və hazırda sərhədlərimizin keşiyini çəkən Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”, R.Məşədiyev bildirib.

Tarix: 5 Sentyabr 2021, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin