BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu istiqamətdə uçuş edən sərnişin təyyarəsi qəza enişi etdi

"Georgian Airways" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.

Pravda.az xəbər verir ki, "Georgian Airways" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaranmış texniki problemlə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanına təcili eniş edib.

Məlumata görə, havaya qalxdıqdan sonra təyyarənin şassisi bağlanmayıb. Təhlükəsiz enişin təmin edilməsi məqsədi ilə təyyarə Tbilisi səmasında 2 saatadək uçaraq yanacağını boşaldıb.

Təyyarənin göyərtəsində ekipaj üzvlərindən başqa 180 sərnişinin olduğu, onların hamısının səhhətinin qənaətbəxş olduğu bildirilib.

Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında hazırda uçuşların cədvəl üzrə həyata keçirilir və problemlə əlaqədar heç bir gecikmə yoxdur.


APA

Tarix: 5 Sentyabr 2021, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin