BURADA REKLAMINIZ OLA
BİLƏR

12 və yuxarı yaş həddində olan məktəblilər də peyvənd olunacaq

“Türkiyədə 12 və bu yaşdan yuxarı olan bütün məktəblilərə yeni növ koronavirusa qarşı peyvənd tətbiq etmək mümkün olacaq”.

 

Türkiyənin Səhiyyə Nazirliyinin ölkədə məktəblərin yeni tədris ilinin açıldığı ərəfədə yaydığı tövsiyə xarakterli məlumatında bildirilib.

 

Qeyd edilib ki, sözügedən yaş qrupunda olanlar, xroniki xəstəlikləri olsa belə, valideynlərinin razılığı əsasında peyvənd olunmaq hüququna malikdirlər.

 

Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın iclasından sonra 18 və yuxarı yaşda olan universitet tələbələrinə, o cümlədən məktəblilər arasında da 15 və bu yaş həddindən yuxarı olan yeniyetmələrə vaksinasiya hüququ verildiyini bildirmişdi.

 

APA

Tarix: 6 Sentyabr 2021, 00:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin