BURADA REKLAMINIZ OLA
BİLƏR

Pəncşirə edilən hücum zamanı müqavimət qüvvələrinin sözçüsü öldürüldü

Əfqanıstanın Pəncşir əyalətində gedən döyüşlər zamanı müqavimət qüvvələrinin sözçüsü Fahim Daşti öldürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.

 

Dəştinin Əfqanıstan İslam Cəmiyyəti Partiyasının görkəmli üzvlərindən olduğu bildirilir.

 

Onun hansı şəraitdə və necə öldüyü dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, daha əvvəl müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban” döyüşçülərinin əyaləti tərk edəcəyi təqdirdə, döyüşləri saxlamağa və danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.

 

APA

Tarix: 6 Sentyabr 2021, 07:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin