BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanıstanda qızlara qadınlar və yaşlı kişilər dərs keçəcək

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” Əfqanıstanın özəl universitetlərində oxuyan qızların təhsil müəssisələrinə giriş qaydalarını müəyyən edən fərman imzalayıb.

 

Pravda.az xəbər verir ki, fərmanda, həmçinin qızların niqab taxması və təhsilin kişi tələbələrdən ayrı keçirilməsi əks olunub.

 

Fərmana əsasən, qız tələbələrin dərsləri beş dəqiqə əvvəl bitəcək. Yalnız qadınlar tələbə qızlara dərs deməlidir, əgər bu mümkün deyilsə, nüfuza malik yaşlı kişilər də tədrisi həyata keçirə bilərlər.

 

Qeyd edək ki, Əfqanıstanda özəl universitetlərdə dərslər bu gündən başlayır.

Tarix: 6 Sentyabr 2021, 07:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin