BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Baş Assambleyası çərçivəsində toplantılar təşkil edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərçivəsində XXI Ali Səviyyəli Hybrid toplantısını, o cümlədən VIII Qlobal Bakı Forumu Təşkilat Komitəsinin 3-cü toplantısını təşkil edəcək.

 

Mərkəzdən verilən xəbərə görə, “What Does Peace and Stability Mean in 21st Century?” başlığı ilə keçiriləcək XXI Ali Səviyyəli Hybrid toplantının işində Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski, BMT Sivilizasiyalar Alyansı ali nümayəndəsi Miguel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F. Kennedi İnsan hüquqları fondunun prezidenti Kerry Kennedy, BMT Baş Katibinin SDG üzrə xüsusi nümayəndəsi Jeffrey Sachs, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni, Belçikanın sabiq Baş naziri İv Leterme, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitaroviç, Amerika Xarici Əlaqələr İnstitutunun Prezidenti Susan Elliott və digər tanınmış şəxslər - Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsdədri Vayra Vike-Freiberga, İngiltərənin sabiq Baş naziri Qordon Broun, Bosniya və Herzeqovinanın Prezidenti Şefik Djaferoviç, Xorvatıyanın sabiq Prezdenti İvo Josipoviç, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliev, Latviyanın sabiq Prezidenti Valdis Zatlers iştirak edərək dünyanı narahat edən sülh və təhlükəsizlik, COP26, post COVİD19 dönəmi, Cənubi Qafqaz regionunda inkişaf perspektivləri, Əfqanıstan və Qərbi Balkanları müzakirə edəcəklər.

Tarix: 6 Sentyabr 2021, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin