BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir Zeynalov vəzifəsindən azad olundu

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.

Pravda.az xəbər verir, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

O bildirib ki, öz ərizəsi ilə nazirliyin Aparat rəhbəri vəzifəsindən çıxıb: "Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.

N.Zeynalovun vəzifəsindən azad olunması barədə ilk xəbəri unikal.org saytı yayıb.


Tarix: 6 Sentyabr 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin