BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Lənkəranskinin yaxın adamı azadlığa çıxır

Mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) "sağ əli" hesab olunan 40 yaşlı Ülfət Tağıyevin ("Rufo Gəncinski") 8 illik cəza müddəti başa çatır.

 

Pravda.az xəbər verir ki, qanuni oğrunun sabah Rusiyada azadlığa çıxacağı gözlənilir.

 

Məlumata görə, məhkəmə tərəfindən onun Rusiyaya girişinə ömürlük qadağa qoyulur.

 

Bundan başqa, "Rufo Gəncinski" Rusiyadan Azərbaycana da deportasiya edilə bilər. Lakin qanuni oğruya yaxın mənbələrin bildirdiyinə görə, o bir müddətlik Azərbaycanda deyil, Türkiyədə daha dəqiq desək İstanbulda məskunlaşmağı planlaşdırır.

 

Ülfət Tağıyevin azadlığa çıxmasından sonra kriminal dairələrdə canlanma olacağı qeyd edilir.

 

Lent.az

Tarix: 6 Sentyabr 2021, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin