BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar İsmayılovdan xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Pravda.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Samirə Quliyeva bildirib ki, şirkətə ofis müdirinin köməkçisi kimi düzəlib: "Bir ildən sonra baş mühasibin köməkçisi olmuşam. Bir il sonra ofis müdiri işdən çıxdı və mağazalardan gələn pulları mən yığırdım. İlqar İsmayılov poçt vasitəsilə və ya zənglə mənə tapşırıq verirdi ki ödənişlər edim. Mən də həmin tapşırığa əsasən sürücü və digər deyilən şəxslərə ödənişlər edirdim. Ödəniş qəbzlə edilirdi. Düşünmürdüm ki, gələcəkdə bu ödənişlər mənə problem yaradacaq.

 

2014-cü ildə yeni xəzinədar təyin edildi və bundan sonra ödənişlər onun razılığı ilə həyata keçirildi. İşlədiyim müddətdə banklara pullar köçürürdük. Pullar şirkətin adından ödəniş edirdik. İlqar İsmayılovun adından da banklara ödənişlər edirdik. Ödənişlər müxtəlif məbləğlərdə olurdu. 1000 manatdan 40-50 min manata ödənişlər edirdik. Pullar hamısı İlqar müəllimin adından ödənilirdi. Əsasən şirkətin adından köçürmələr edirdik.

 

Şirkətdə bir neçə dəfə audit yoxlamaları keçirilmişdi".

 

Prokurorun suallarını cavablandıran şahid bildirib ki, banklara İlqar müəllimin adına ödənişlər onun öz göstərişi ilə edilirdi. İlqar müəllim və ya baş mühasib tərəfindən mənə göstərişlər verilirdi və mən icra ediridm. Fuad Şahvəliyev şirkətə maliyyə direktoru təyin olunandan sonra ödənişlər onun imzası ilə edilirdi. İlqar müəllimin adına ,banklarda kreditlər var idi. Bəzən şirkətin büdcəsində olan vəsaitdən İlqar İsmayılovun kreditləri ödənilirdi. Pulları etibarlı şəxs kimi şirkətin təsərrüfat müdiri Həbib Qarayev ödəyirdi. Ən böyük ödədiyiniz məbləğ 168 min manat olub".

Tarix: 6 Sentyabr 2021, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin