BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə baş vermiş qəzada 2 nəfər öldü

İmişlidə baş vermiş avtoqəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Pravda.az-ın məlumatına görə, hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb.

 

Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu isə Şirvan xəstəxanasında ölüb. Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 7 Sentyabr 2021, 00:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin