BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilər

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola bilər.


Pravda.az-ın xəbərinə görə, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.


M.Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Qeyd edək ki, rotasiya qaydalarına görə, Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi.

Tarix: 7 Sentyabr 2021, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin