BURADA REKLAMINIZ OLA
BİLƏR

İctimai nəqliyyatın fəaliyyəti bərpa olunur - Gürcüstanda

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata əsasən, paytaxt Tbilisi və Gürcüstanın digər böyük şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti sentyabrın 13-ü bərpa olunacaq.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Daha sonradan bu qərar sentyabrın 13-nə kimi uzadılıb.

Tarix: 7 Sentyabr 2021, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin