BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu

Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” telekanalının təsisçisi David Kezeraşvili 5 il azadlıqdan məhrum edilib.

Pravda.az xəbər verir ki, müvafiq hökm Gürcüstan Ali Məhkəməsi tərəfindən verilib. 

Kezeraşvili Müdafiə Nazirliyinin layihəsi ilə bağlı 5 milyon 60 min avronun mənimsənilməsində ittiham olunur. Ona qarşı 7 cinayət işi açılıb.

Qeyd edək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Tarix: 7 Sentyabr 2021, 21:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin