BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq məlumat yaydı

“Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

 

Zaqatala rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Tarix: 8 Sentyabr 2021, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin