BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ziyarətgahlar kimlərinsə obyektləridir, o yerləri Allah idarə etmir" - Aysel Əlizadə

“Spirtli içkilərə xərclənən pulların statistikasını görən kimi dünyadan başı çıxmayan “allah adamları” tez sevinib bizə söz dürtürlər. Heç bunu deməzsiz, ziyarətgahlara gedən pullardan danışarsız yalnız... Əvvəla ziyarətgahların kiminsə obyekti olduğunu öz ağlım məntiqim deyib mənə. İlk dəfə bu mövzunu konkret belə dilə gətirmişəm: Ziyarətgahlar kimlərinsə obyektləridir. Sübut edə bilərəm nəzəri olaraq hətta! O yerləri Allah idarə etmir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

“Statistikaya gəldikdə, bu rəqəmlərin cəmini vurun 10-a Həcc ziyarətinə xərclənən pulları gətirin gözünüzün önünə. İçki belədir ki, hamı zərərli olduğunu deyir, kimsə allahın adı ilə satmır. Siqaret satanlar üstündə qeyd edir: Sağlamlığınız üçün təhlükəlidir! Bütün efirlərdə görünməz edilir. Hamı da bilir ki, bu konkret biznesdir. Gerisi qalır insanın özünə. Daha demirlər gəlin şeytana daş atın, düzələcək” – A.Əlizadə qeyd edib.

 

Kənan

Tarix: 8 Sentyabr 2021, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin