BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıl İsmayılov işdən çıxarılıb? - RƏSMİ CAVAB

"Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov işdən çıxarılmayıb. Gələn həftədən etibarən işinin başında olacaq. Sadəcə, səhhəti ilə əlaqədar müalicə alır”.


Pravda.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.


O bu gün yeni gənclər və idman naziri Fərid Qayıbovun kollektivə təqdimatı zamanı 65 yaşlı İsmayıl İsmayılovun iştirak etməməsinə aydınlıq gətirib:


"İsmayıl müəllimin bugünkü tədbirdə iştirak etməməsi çox adamın diqqətini cəlb edib. O, işdən çıxmayıb. Onun təyinatı və işdən çıxarılması Prezidentin Sərəncamına əsasən olur. Ötən həftədən səhhətinə görə müalicə alır. İnşallah, gələn həftədən işinin başında olacaq”.


Xatırladaq ki, dünən ölkə başçısı İlham Əliyev hazırda Avropa Gimnastikasının prezidenti olan Fərid Qayıbovu gənclər və idman naziri təyin edib. Bu gün isə onun nazirlikdə təqdimatı baş tutub. Orada nazir müavinləri – İntiqam Babayev və Fərhad Hacıyev iştirak etsə də, İsmayıl İsmayılov olmayıb.

Oxu.az

Tarix: 8 Sentyabr 2021, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin