BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavininin atasının hesabından pul necə silinib?

Bir neçə gün əvvəl Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atası Rəhim Əliyev sosial şəbəkə hesabından "Muğanbank”a məxsus pul kartından xəbəri olmadan pul çıxıldığını, dollar hesabı olmadığı halda müxtəlif məbləğlərdə dollarla pulun silindiyini bildirib. 


O, bu prosesdə bankı günahlandıraraq, oğurluqda ittiham edib.


Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən "Muğanbank”ın Marketinq Departamentinin Direktoru Mir-Əvəz Məmmədov Rəhim Əliyevin hesabına müdaxilə olmadığını bildirib: "Rəhim Əliyev ona məxsus "Muğanbank” plastik kartından pul vəsaitinin silinməsi ilə bağlı məsələnin araşdırılması üçün banka dəvət olundu. R.Əliyev hesabı ilə ödənişli internet resurslarından birinə abunə olmuşdu. Hazırda silinmiş vəsaitin geri qaytarılması üçün müvafiq işlər həyata keçirilir. Rəhim Əliyevin bankdan hər hansı şikayəti yoxdur. O, bunu öz ərizəsində qeyd edib”.


Demokrat.az

Tarix: 8 Sentyabr 2021, 22:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin