BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinasiya yaşı 5-ə endirildi

Slovakiyada sabahdan etibarən 5-11 yaşlı uşaqlar da vaksinasiyadan keçə biləcəklər.

Pravda.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Lenqvarski deyib.

Nazir bildirib ki, bu qərar mütəxəssis və həkimlərin tövsiyəsi ilə qəbul edilib:

“12 yaşdan yuxarı olanların peyvəndlənməsinə aylar əvvəl başlanılıb. 5-11 yaşlılar isə ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər”.

O əlavə edib ki, gələn həftədən ölkədə üçüncü doza vaksinasiyaya başlanacaq.

Tarix: 8 Sentyabr 2021, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin