BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Pravda.az-ın xəbərinə görə, ötən gün Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan, paytaxt sakini Firudin Ömərovun idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobil yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 4 Fevral 2020, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin