BURADA REKLAMINIZ OLA
BİLƏR

Belçikada da koronavirus yayıldı

Çinin Uhan şəhərindən təxliyə edilmiş Belçika vətəndaşında koronavirus aşkarlanıb.

Pravda.az xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyiməlumat yayıb.

Bildirilib ki, təxliyə edilmiş 9 nəfərinhamısı xüsusi müayinədən keçib və onlardan birinin koronavirus daşıyıcısı olduğu məlum olub. Məlumatda həmçinin xəstənin vəziyyətinin stabil olduğu vurğulanıb.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. Son məlumata görə, xəstəlikdən ölənlərin sayı 425-ə çatıb, yoluxanların sayı isə 21 mini ötüb.Report

Tarix: 4 Fevral 2020, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin