BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Pravda.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Finacco” MMC olub. Qalib şirkətə 993 704 manat 54 qəpik ödəniləcək.

"Finacco" MMC AMEA İşlər İdarəsinin elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə təmir işlərini görəcək.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsini Fikrət Əliyev icra edir. O, akademiyanın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşıdır.

Unikal.org

Tarix: 9 Sentyabr 2021, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin